Azərbaycan, Bakı, 16 aprel /Trend müxbir H.Vəliyev/
".az" milli domen zonasında 9796 internet resursu qeydiyyatdan keçib. Bu barədə WHOIS resursu məlumat verir.
Birinci rüb göstəriciləri ilə müqayisədə ".az" milli domenində qeydiyyatdan keçən internet resurslarının artım həcmi 6,8% təşkil edib.
Qeydiyyatdan keçmiş saytların 8825 vahidi 1-ci səviyyəli domendə qeydiyyatdan keçmiş internet resurslarının payına düşür. 2-ci səviyyənin daha məşhur domeni 523 saytın qeydiyyatdan keçdiyi ".com.az"dır. Dövlət domen zonası ".gov.az"-da 61 internet resursu qeydiyyatdan keçib.
Dünya statistikasına əsasən, dünyada fəal domen adlarının ümumi sayı (aprelin 16-na olan vəziyyətə əsasən) 117,736,758 vahiddən çox təşkil edb ki, bu da ilin əvvəli ilə müqayisədə 3998037 çoxdur.
İstifadəçisi ən çox olan 86,562,532 domenin qeydiyyatdan keçdiyi ".com" domen zonasıdır. İkinci yerdə artıq 12,943,735 adı olan ".net", üçüncü yerdə 8,307,201 ad qeydiyyatda olan ".org" domenidir.
".az" mili zonası rəsmi olaraq 1993-cü il 25 avqust tarixindən fəaliyyətə başlayıb. Postsovet məkanında olan ölkələr arasında Ukrayna öz ".ua" domeni olan yeganə ölkə idi. ".ru" zonası 1994-cü il 7 aprel tarixində qeydiyyatdan keçib, elə bu ildə də postsovet ölkələrinin əksəriyyətinin zona ünvanları qeydiyyatdan keçib.
".az" domeninin qeydiyyatdan keçmə dəyəri 20 manatdır, həmçinin, domenin illik texniki dəstək dəyəri də bu məbləğə başa gəlir.