...

"Bakcell" Qazaxda yeni "Bakcell IM" açdı

Telekommunikasiya Materials 27 May 2010 12:36 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" Şirkəti Qazax şəhərindəki H.Əliyev prospektində yeni "Bakcell IM" Satış və Müştəri Xidmətləri Mərkəzi açıb.
"Bakcell" Qazaxda yeni "Bakcell IM" açdı

Аzərbaycan, Bakı, 27 may /Trend/

Azərbaycanın ilk mobil operatoru olan "Bakcell" Şirkəti Qazax şəhərindəki H.Əliyev prospektində yeni "Bakcell IM" Satış və Müştəri Xidmətləri Mərkəzi açıb.

Açılış mərasimində "Bakcell" Şirkətinin, Qazax Şəhər İcra Hakimiyyətinin və şəhər ictimaiyyətinin nümayəndələri, Qazax Bələdiyyəsinin sədri, eləcə də Qazax, Ağstafa və Tovuz rayonlarının diler heyəti iştirak ediblər.

Digər mərkəzlər kimi, bu "Bakcell IM" də "Cin", "Klass" və "Gold" abunəçiləri üçün tam çeşiddə xidmətlər təqdim edəcək.

Bu, şirkətin son 12 ay ərzində regionlarda açdığı sayсa səkkizinci "Bakcell IM" Mərkəzidir. Azərbaycanın bir çox bölgələrində, o cümlədən, Sabirabad, Şirvan, Cəlilabad, Şəki, Quba, Xaçmaz və Mingəçevirdə "Bakcell"in müştəri xidmətləri və satış mərkəzləri fəaliyyət göstərir. 2010-cu ilin sonuna kimi, "Bakcell", ümumilikdə, 17 "Bakcell IM" mərkəzləri açmağı planlaşdırır. Onlardan 12-si ölkənin bölgələrində, 5-i isə Bakıda yerləşəсək.

Son bir il ərzində "Bakcell" şəbəkəsini genişləndirib və Azərbaycanın regionlarında əhatə dairəsini iki dəfə artırıb. "Bakcell"in aktiv abunəçilərinin sayı iki mln-a çatıb.

"Bakcell", həmçinin, öz müştərilərinə EDGE - yüksəksürətli internet də təklif edir.

"Bakcell IM" mərkəzləri, həmçinin, "Bakcell"in digər məhsulları və xidmətləri haqqında ətraflı məlumat almaq xahiş edirik, www.bakcell.com-a daxil olun və ya 555-ə zəng edin.

Qeyri-"Bakcell" abunəçiləri isə 055 000 05 55-ə zəng etməklə "Bakcell"in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti