...

Azərbaycanın mobil rabitə operatorlarına 3G lisenziyasının verilməsi məsələsi son mərhələdədir - nazir

Telekommunikasiya Materials 16 İyun 2010 20:29 (UTC +04:00)
Mobil rabitə operatorları Azercell və Bakcell-in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciətlərinə cavab son mərhələdədir.
Azərbaycanın mobil rabitə operatorlarına 3G lisenziyasının verilməsi məsələsi son mərhələdədir - nazir

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir H.Vəliyev/

Mobil rabitə operatorları Azercell və Bakcell-in Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciətlərinə cavab son mərhələdədir. Bu barədə çərşənbə günü Azərbaycan Diplomatik Akademiyasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, operatorların müraciətlərində problemlər aşkar olunmayacağı təqdirdə, yaxın vaxtlarda onlara üçüncü nəsil rabitə şəbəkə (3G) standartının həyata keçirilməsi üçün lisenziya veriləcək.

Hökumət tərəfindən müəyyənləşdirilən lisenziyanın rəsmi dəyəri 11 min manatdır.

Hazırda 3G standartında xidmət göstərən yalnız Azerfon şirkətidir.

Lisenziyanı alacaq operatorlar infrastruktura xeyli vəsait xərcləməli olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti