...

"Elektron Azərbaycan" Dövlət Proqramı İKT sahəsində müstəqil nizamlayıcı orqanın yaradılmasını təklif edir

Telekommunikasiya Materials 12 Avqust 2010 13:49 (UTC +04:00)
Dünən Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan)" bu sahədə nilli strategiyanın vəzifələrinin yerinə yetirilməsindən, informasiya cəmiyyətinə keçidin təmin olunmasından, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə biliklərə əsaslanan rəqabətə davamlı iqtisadiyyatın qurulmasından ibarətdir. Bu barədə rəsmi mətbuatda deyilir.
"Elektron Azərbaycan" Dövlət Proqramı İKT sahəsində müstəqil nizamlayıcı orqanın yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir H.Vəliyev/

Dünən Azərbaycan Prezidenti İlham Əliyevin təsdiqlədiyi "2010-2012-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı (Elektron Azərbaycan)" bu sahədə nilli strategiyanın vəzifələrinin yerinə yetirilməsindən, informasiya cəmiyyətinə keçidin təmin olunmasından, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi yolu ilə biliklərə əsaslanan rəqabətə davamlı iqtisadiyyatın qurulmasından ibarətdir. Bu barədə rəsmi mətbuatda deyilir.

Tədbirlər planının bəndlərindən biri işğaldan azad olunmuş rayonlarda (azad edildikdən sonra bir il ərzində) rabitə infrastrukturunun bərpasından ibarətdir.

Həmçinin, proqram dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərin tətbiqini, dövlət informasiya sistemlərinin yaradılmasını, "bir pəncərə" prinsipi üzrə elektron xidmətlərin təşkilini və s. təklif edir.

Dövlət Proqramı dörd əsas istiqamət üzrə reallaşdırılacaq. Bunlar telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli idarəetmə orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlərin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, eləcə də İKT ixrac və rəqabətə davamlılığın gücləndirilməsidir.

Proqramın maliyyələşdirilməsi dövlət büdcəsi, daxili və xarici investisiyalar, kreditlər, qrantlar, beynəlxalq və xarici təşkilatların texniki-maliyyə yardımı, həmçinin, qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına həyata keçiriləcək.

Dövlət Proqramının reallaşdırılması ilə informasiya cəmiyyətinin, İnternet seqmentinin inkişafı üçün şəraitin yaradılması, kompüter istifadəçiləri dairəsinin genişlənməsi, "rəqəm bərabərsizliyi"nin aradan qaldırılması, "elektron hökumət" həllinin tətbiqi, elektron rəqəmli imzaların və digərlərinin tətbiqi gözlənilir.

"Elektron Azərbaycan" proqramı çərçivəsində tədbirlər planı operatorların infrastruktur şəbəkəsinin inkişafı, şəbəkələrin tamamilə elektronlaşdırılmasını, telekommunikasiya sahəsində müstəqil nizamlayıcı orqanın yaradılmasını, peyk rabitəsi əsasında xidmətlərin göstərilməsini, elektron kommersiyanın inkişafı üzrə tədbirləri nəzərdə tutur.

Həmçinin, radio və televiziya yayımı (eləcə də rəqəmli) zonalarının genişləndirilməsi, mədəniyyət və turizm üzrə vahid portalın yaradılmasını, dövlət orqanlarında vahid sənəd dövriyyəsi sisteminin tətbiqini təklif edir.

Azərbaycan Prezidentinin sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə Dövlət Proqramının yerinə yetirilməsinin əlaqələndirilməsi tapşırılıb.

Xəbər lenti

Xəbər lenti