Аzərbaycan, Bakı, 26 avqust /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri Komissiyası "Namizədlər-DQMK" avtomatlaşdırılmış idarə sisteminin yaradılması və tətbiqi üzrə açıq tender elan edib. Bu barədə DQMK-nin tender komissiyasından verilən məlumatda deyilir.
Dövlət Komissiyasının tələblərinə əsasən, sistem İnternet vasitəsilə sənəd qəbulu imkanları ilə müsahibə və müsabiqə əsasında boş yerlərə qəbul bazasını idarə etməyə və həmçinin, "müsabiqə komissiyası üzvləri", "ehtiyat kadrlarla iş", "daxili müsahibə" kimi modulları qoşmağa imkan verəcək.
İştirakçıların tender təklifləri 8 oktyabr saat 17:00-dan qəbul olunur. Tender proseduru 15 oktyabr 11:00-da keçiriləcək.
Əlavə məlumatı 465-87-93 (daxili 204) telefonundan əldə etmək olar.