...

"Azercell" Ramazan bayramı münasibətilə yeni kampaniya keçirir

Telekommunikasiya Materials 8 Sentyabr 2010 15:59 (UTC +04:00)
Bayram günlərində danışıq balansını artıran abunəçilər əlavə hədiyyə konturlar alacaqlar.
"Azercell" Ramazan bayramı münasibətilə yeni kampaniya keçirir

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Bayram günlərində danışıq balansını artıran abunəçilər əlavə hədiyyə konturlar alacaqlar.

"Azercell Telelom" MMC bütün abonentlərini və ümumilikdə Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir.

Şirkət bu Ramazan bayramında abonentlərinə sevinc dolu anlar bəxş etmək üçün yeni və cəlbedici kampaniya təqdim edir.

9-12 sentyabr tarixlərində gün ərzində 2 və ya daha çox eyni nominallı kart yükləyən bütün fakturasız xətt (SimSim) abonentləri həmin nominal qədər hədiyyə kontur qazanacaqlar.

Hədiyyə konturları abonentlərin balansına yükləndiyi andan etibarən 7 gün ərzində yalnız şəbəkədaxili zənglər üçün istifadə olunmalıdır.

Kampaniyanın iştirakçısı gün ərzində hər nominallı kart üzrə bir dəfə hədiyyə kontur qazana bilər.

Xəbər lenti

Xəbər lenti