...

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" "3G" standartında xidmət göstərməyə tamamilə hazırdır

Telekommunikasiya Materials 23 Sentyabr 2010 14:29 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC "3G" standartında rabitə xidməti göstərməyə tamamilə hazırdır. Bu barədə cümə axşamı "Bakcell" Şirkətinin direktoru İnekke Botter deyib.
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" "3G" standartında xidmət göstərməyə tamamilə hazırdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC "3G" standartında rabitə xidməti göstərməyə tamamilə hazırdır. Bu barədə cümə axşamı "Bakcell" Şirkətinin direktoru İnekke Botter deyib.

Botterin sözlərinə görə, hazırda lisenziya və tələb olunan tezliyi almaq üzrə danışıqlar aparılır və ondan sonra şəbəkə ticari istismara veriləcək.

Bu, şirkətin abunəçilərə məlumatın ötürülmə xidməti, mobil televiziya və s. kimi xidmətlər göstərməsinə imkan verəcək.

"Bakcell"də yeni rabitə standartını dəstəkləyən baza stansiyalarının qurulması, həmçinin, mövcud baza stansiyalarının yeniləri ilə əvəz olunması üzrə işlər aparılır.

Botterin sözlərinə görə, ilin sonuna qədər "Bakcell"in abunəçi şəbəkəsi 2,1 milyon istifadəçiyə çatacaq. Şirkət abunəçilərə səsli rabitə, eləcə də məlumatın ötürülmə xidmətlərini göstərməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti