...

Azərbaycanın poçt operatoru BBVB-nin valyuta bölməsinə daxil olub

Telekommunikasiya Materials 10 Noyabr 2010 19:55 (UTC +04:00)
Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinə daxil olub.
Azərbaycanın poçt operatoru BBVB-nin valyuta bölməsinə daxil olub

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsinə daxil olub. Bu barədə BBVB-nin çərşənbə günü yayılan məlumatında deyilir.

BBVB-nin valyuta bölməsinə daxil olmaq üçün ərizə oktyabrın sonunda verilib.

"Azərpoçt"a bank xidmətlərini göstərmək üçün lisenziya iyulda Azərbaycan Mərkəzi Bankı tərəfindən verilib.

Operatora Mərkəzi Bankın lisenziyası çərçivəsində hazırda mövcud yeddi maliyyə xidmətinin beşi üzrə xidmət göstərməyə icazə verilib. Bura hesabların açılması və tənzimlənməsi, pul köçürmələrinin həyata keçirilməsi, debit kartların emissiyası, müştərinin sifarişi əsasında valyutanın alış-satışı üzrə əməliyatlar, nağd və digər qiymətli vəsaitlərin inkassasiya edilməsi daxildir.

Növbəti ildə daha iki əlavə xidmətin göstərilməsi (depozitlərin qəbulu və kredit kartlarının emissiyası) məsələsinə baxılacaq.

"Azərpoçt" Azərbaycanın bank bazarına çıxmaqla bank bazarının oyunçuları ilə ciddi rəqabətdə olacaq. Hazırda Azərbaycanın bank bazarında 47 bank fəaliyyət göstərir ki, onların da filiallarının sayı 500-ü ötür. "Azərpoçt"un poçt şöbələrinin sayı isə 1600-dən çoxdur.

Xəbər lenti

Xəbər lenti