...

Azərbaycanın dövlət rabitə operatoru ölkənin 35 kənd ATS-də optik-lif xətlərin çəkilişini başa çatdırıb

Telekommunikasiya Materials 12 Noyabr 2010 14:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aztelekom İstehsalat Birliyi respublikanın 35 kənd ATS-də optik-lif xətlərin çəkilişi üzrə işləri başa çatdırıb. Bu barədə nazirliyin məlumatında deylilir.

Məlumata görə, işlər ölkənin Astara, Bərdə, Beyləqan, Xaçmaz, Qəbələ, Qusar, Xızı, Siyəzən, Salyan, Şəmkir, Sabirabad və Zaqatala rayonlarında həyata keçirilib.

Eləcə də, operator tərəfindən yenidənqurma işlərinin aparılması nəzərdə tutulan 44 kənd ATS-nin 18 telekommunikasiya qovşağında optik-lif xətlərin çəkilişi üzrə işlər də başa çatıb.

Xəbər lenti

Xəbər lenti