...

Azərbaycan Dövlət Statistika Komitəsinin tam avtomatlaşdırılması 2012-ci ildə başa çatacaq

Telekommunikasiya Materials 23 Dekabr 2010 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) fəaliyyətinin tam avtomatlaşdırılması 2012-ci ildə başa çatacaq. Trend-in məlumatına görə, bu barədə DSK sədri Arif Vəliyevin "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Statistika Komitəsinin fəaliyyətinin avtomatlaşdırılması üzrə işlər "2008-2012-ci illərdə Azərbaycanda rəsmi statistikanın təkmilləşdirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Dövlət Proqramı mərhələlərlə reallaşdırılır. Bu gün 2008-2009-cu illəri əhatə edən birinci mərhələ çərçivəsində Baş Hesablama Mərkəzində və DSK aparatında korporativ lokal şəbəkənin kompleks proqramının həyata keçirilməsi və elektron sənəd dövriyyəsi sistemi yerləşdirilib.

2010-cu ildə ikinci mərhələ çərçivəsində lokal-hesablama şəbəkəsi və elektron sənəd dövriyyəsi sistemi DSK-nın regional şöbələrini əhatə edib.

2011-2012-ci illəri əhatə edən üçüncü mərhələ çərçivəsində sistem üzrə işlərin başa çatdırılması və onun təcrübə istismarına verilməsi planlaşdırılır.

DSK-nın siyasəti statistik rəqəmlərin obyektivliyi və doğruluğunu, statistik məlumatların sabitliyini, beynəlxalq statistika ilə müqayisə edilə bilməsini, ümumi statistik materialların şəffaflığını təmin edəcək vahid informasiya statistika sisteminin (VİS) yaradılmasına yönəlib.

Avtomatlaşdırılmış statistika hesabatlılığında VİS-in tətbiqi statistik məlumatların yığımı, işlənməsi, qorunub saxlanması və yayılması prosesini tam avtomatlaşdırmağa imkan verir.

Rəsmi statistikanın vahid məlumat sistemi beş alt sistemdən ibarət olacaq: statistik məlumat; yığım və ilkin statistik məlumatın işlənməsi; statistik informasiyanın saxlanması; statistik informasiyanın təhlili və yayılması; informasiya təhlükəsizliyinin təmin olunması.

Mərhələli quruluş bütün mərhələlərdə statistik məlumatların istehsalına vahid yanaşmanı təmin etməyə imkan verir.

Statistikanın vahid informasiya sisteminin yaradılması mərhələli həyata keçirilir: sistemin özünün işlənməsi və texnoloji fəaliyyətini qurulması, proqram təminatının işlənməsi və VİS tərkib hissələrinin hər bir elementinin sınağı, yaradılan resursların kompleks nizamı və onların ikitərəfli qarşılıqlı fəaliyyətinin təmin edilməsi.

Xəbər lenti

Xəbər lenti