...

"Microsoft Azerbaijan" "Microsoft Office 2010"un lokallaşdırılmış versiyasını 2011-ci ilin martında təqdim edəcək

Telekommunikasiya Materials 24 Dekabr 2010 19:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir H.Vəliyev/

"Microsoft Office 2010" ofis paketinin lokallaşdırılması üzrə işlər 2011-ci ilin martında başa çatacaq. Bu barədə cümə günü "Təhsildə tərəfdaşlıq" proqramı üzrə "Microsoft Azerbaijan" şirkətinin meneceri Emin Axundov deyib.

Axundovun sözlərinə görə, bu günə şikət tərəfindən Microsoft Windows 7 əməliyyat sisteminin Azərbaycan dilinə lokallaşdırılması üzrə işlər başa çatdırılıb.

Məhsulun lokallaşdırılmış versiyası ilk dəfə "BakuTel-2010" Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində nümayiş olunub.

Əməliyyat sisteminin lokallaşdırılması üzrə işlər xarici podratçılar tərəfindən aparılıb.

Bu günə "Microsoft"un Azərbaycan dilinə lokallaşdırılmış məhsulları arasında "Windows XP" və "Windows Vista" əməliyyat sistemləri, eləcə də "Microsoft Office 2003" və "Microsoft Office 2007" ofis paketləri var.

"Windows XP" və "Microsoft Office 2003" proqram məhsullarının ilk lokallaşdırılması AZEL şirkəti tərəfindən həyata keçirilib, "Windows Vista" və "Microsoft Office 2007" məhsullarının Azərbaycan dilinə tərcüməsi üzrə işlər isə SİNAM şirkəti tərəfindən aparılıb.

Sistemlərin lokallaşdırılması MUI-faylların Azərbaycan dilində hazırlanmasını nəzərdə tutur.

Microsoft Windows 7-nin əməliyyat sisteminin bilavasitə sözlüyünə gəldikdə, o, daha çox əvvəlki versiyalarla üst-üstə düşür, lakin eyni zamanda indiki baza genişləndirilib və daha çox yeni terminlərə malikdir.

Xəbər lenti

Xəbər lenti