Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir H.Vəliyev/
BMT İnkişaf Proqramı Azərbaycanda 2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı çərçivəsində İqtisadi İnkişaf Nazirliyi (İİN) üçün proqram təminatının alınması üzrə tender elan edib. Bu barədə çərşənbə axşamı BMT İP-nin məlumatında deyilir.
İştirakçılardan tender təklifləri 24 yanvar saat 18:00-dək nazirliyin Regionların inkişafı və dövlət proqramları departamentində qəbul edilir.
Dövlət proqramlarının işlənməsi və monitorinqi sahəsində keçmiş təcrübəni nəzərə alaraq, BMT İP və İİN yeni layihənin həyata keçirilməsi, eləcə də dövlət proqramlarında göstərilən qaydalarla bağlı razılığa gəliblər. Müasir informasiya texnologiyalarının tətbiqi vasitəsilə İİN-in strateji və analitik potensialının möhkəmləndirilməsi layihənin məqsədləri sırasındadır.