Azərbaycan, Bakı, 3 mart /Trend/
İndi "Azercell" abonentləri "Turkcell" ilə daha sərfəli qiymətlərlə danışacaqlar.
"Azercell Telekom" MMC rouminq üçün endirim qiymətləri tətbiq etməyə davam edir. Belə ki, artıq martın 1-dən etibarən Türkiyədə olarkən "Turkcell" mobil operatorundan istifadə etdikdə "Azercell" abonentləri üçün aşağıdakı endirimli qiymətlər tətbiq ediləcək. Yeni endirimlər nəticəsində Fakturalı xətt abonentləri bütün istiqamətlərə cəmi 1,5 AZN qiyməti ilə danışacaqlar. İnternet xidmətindən istifadə edən Fakturalı xətt abonentləri 1 MB internet üçün 2,5 AZN, sms üçün isə 0,18 AZN ödəyəcəklər.
Xüsusi endirimlər Fakturasız xətt abonentləri üçün (SimSim) üçün də keçərlidir. Bundan sonra SimSim abonetləri də daha sərfəli qiymətlərlə danışacaqlar. "Azercell"-in təqdim etdiyi yeni endrim paketinə görə, SimSim abonetləri "Turkcell" mobil operatorundan istifadə edərkən bütün istiqamətlərə 1 dəqiqə üçün 450 kontur sərf etməli olacaqlar. Daxili olan zənglərin 1 dəqiqəsinə isə 120 kontur ödəməli olacaqlar.
Qeyd edək ki, "Azercell Telekom" MMC beynəlxalq zənglər və rouminq tariflərində endirmlər tətbiq etməyə davam edəcək.