...

Azərbaycanda fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydası təsdiq edilib

Telekommunikasiya Materials 4 Mart 2011 15:51 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydasını təsdiq edib.
Azərbaycanda fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydası təsdiq edilib

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Nazirlər Kabineti fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi qaydasını təsdiq edib.

Qayda korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi prosedurunu tənzimləyir.

Bu qayda fərdi qaydada məlumat-sorğu xidmətlərinin göstərilməsinə şamil edilmir.

"Məlumat azadlığı haqqında" qanuna əsasən, qanunvericiliyə müvafiq surətdə dövlət orqanlarının topladığı məlumatların kənar şəxslər tərəfindən əldə edilməsinə yol verilmir.

Bu qaydaya əsasən, ödənişli əsaslarla üçüncü şəxslərə yalnız açıq kateqoriyalı fərdi məlumatların verilməsinə yol verilir.

Fərdi məlumat subyekti informasiya sistemində özü barəsində toplanılmış məlumatın üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək və bu məlumatların üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq hüququna malikdir.

Korporativ informasiya sistemlərində toplanılmış və işlənilən fərdi məlumatların ödənişli əsaslarla üçüncü şəxslərə verilməsi fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrini aparan orqanın razılığı ilə, fərdi məlumatların mülkiyyətçisi və bu məlumatları əldə etmək niyyətində olan üçüncü şəxslə bağlanılmış müqavilə əsasında həyata keçirilir.

Ödənişin məbləği tərəflər arasında əldə edilmiş razılaşma ilə müəyyən edilir.

Xəbər lenti

Xəbər lenti