...

Bakcell "Novruz Bayramınız Mübarək" kampaniyasını təqdim edir

Telekommunikasiya Materials 17 Mart 2011 20:28 (UTC +04:00)
Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti Cin abunəçilərinə Novruz bayramı hədiyyəsini təqdim edir.
Bakcell "Novruz Bayramınız Mübarək" kampaniyasını təqdim edir

Azərbaycan, Bakı, 17 mart /Trend/

Azərbaycanda ilk mobil operator olan Bakcell şirkəti Cin abunəçilərinə Novruz bayramı hədiyyəsini təqdim edir. Novruz bayramı ərəfəsində bütün Cin abunəçiləri öz yaxınları və doğmaları ilə daha çox ünsiyyətdə olmaq üçün xüsusi güzəşt əldə edəcəklər və digər Bakcell abunəçiləri ilə danışığın ikinci dəqiqəsindən sonra dəqiqəsi 15 kontur qiyməti ilə daha çox danışacaqlar.

Martın 15-dən 31-dək bütün Bakcell nömrələrinə şəbəkədaxili zənglər danışığın ikinci dəqiqəsindən sonra sevimli nömrələrə edilən zənglərin qiymətinə bərabər olacaq. Bakcell-in bütün Cin tariflərinin, eləcə də SevimliCin, SevinCin və QoşaCin abunəçiləri bu hədiyyə kampaniyasından faydalana bilər. Kampaniya "Sevimli nömrə"lərə və "Mənim Ərazim" xidməti çərçivəsində edilən zənglərə şamil edilmir.

Bakcell bütün abunəçiləri qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edir və xoşbəxt və firavan günlər arzu edir! İnsanları birləşdirən Novruz bayramında daha yaxın olaq!

Novruz Bayramı kampaniyası, eləcə də Bakcell-in digər məhsul və xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün xahiş edirik ki, www.bakcell.com səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri şirkət və onun xidmətləri barədə məlumat almaq üçün 055 000 05 55 nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti