...

"Cisco" və "Pearson VUE" şirkətləri Azərbaycanda avtorizə edilmiş sınaq mərkəzinin işə salındığını elan ediblər

Telekommunikasiya Materials 28 Mart 2011 11:26 (UTC +04:00)
"Cisco Azerbaijan" və "Pearson VUE" İKT sahəsində 112 ixtisas üzrə avtorizə edilmiş sınaq mərkəzinin işə salındığını elan ediblər. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Bilik Mərkəzi" şirkətinin məlumatında deyilir.
"Cisco" və "Pearson VUE" şirkətləri Azərbaycanda avtorizə edilmiş sınaq mərkəzinin işə salındığını elan ediblər

Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/

"Cisco Azerbaijan" və "Pearson VUE" İKT sahəsində 112 ixtisas üzrə avtorizə edilmiş sınaq mərkəzinin işə salındığını elan ediblər. Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Bilik Mərkəzi" şirkətinin məlumatında deyilir.

"Azərbaycan Bilik Mərkəzi"nin bazasında işə salınan "Pearson VUE"-nin yeni sınaq mərkəzi Azərbaycanın İT mütəxəssislərinə "Cisco Sistems", "Abobe", "Citrix Sistems İnc.", "CompTIA Testing", "EMC", "Lunix", "Novell Testing", "Oracle", "RSA Security Testing", "VMware", "Zend Technologies" və digər həllər üzrə beynəlxalq imtahanlar verməyə imkan verəcək.

"Pearson VUE" "Pearson Education" korporasiyasının bir hissəsidir, dünyanın tanınmış proqram təminatları istehsalçılarının məhsulları üzrə kompyuter sertifikatlaşdırılmış testləşdirmə təklif edən tanınmış test provayderidir.

"Pearson VUE" məlumatların idarə olunması üçün testlərin hazırlanması üzrə tam xidmətlər komplektini təklif edir və 165 ölkəni əhatə etməklə dünyanın test mərkəzlərinin nisbətən daha geniş və təhlükəsiz şəbəkəsi vasitəsilə imtahanları təmin edir.

Xəbər lenti

Xəbər lenti