...

"Bakcell" mobil rabitə operatoru abonentlər üçün innovasiya həllini təqdim edib

Telekommunikasiya Materials 7 Aprel 2011 11:30 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC öz şəbəkə abonentləri üçün "E-Top-up" innovasiya həllini təqdim edib.
"Bakcell" mobil rabitə operatoru abonentlər üçün innovasiya həllini təqdim edib

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC öz şəbəkə abonentləri üçün "E-Top-up" innovasiya həllini təqdim edib. Bu barədə cümə axşamı Trend-ə "Bakcell" şirkətinin kommersiya direktoru Krasimir Genov məlumat verib.

Genovun sözlərinə görə, "E-Top-up" abonentlərə yeni "balansın elektron doldurulması" sistemi vasitəsilə öz balansını sürətlə və rahat üsulla doldurmağa imkan verir.

"Yeni ödəniş sistemi manat tarifinə keçidlə bağlı deyil, bu, "Bakcell"dən "nou-hau"dur. "Bakcell" şirkəti elektron pulların populyarlığının artması ilə əlaqədar öz abunəçilərini onlara "E-Top-up" həllini təklif etməklə sevindirməyi qərar alıb. Pul doldurulmasını bizim xidmət mərkəzlərində və rəsmi diler mağazalarında həyata keçirmək mümkündür", - Genov bildirib.

Yeni ödəniş üsulu "Bakcell" şəbəkəsi abonentlərinə öz balanslarını ödəmək istədikləri məbləğdə doldurmağa imkan verir.

Bakcell şirkətinin kommersiya direktorunun sözlərinə görə, abonentlər öz şəxsi büdcələrinə uyğun olaraq, balanslarına yükləməli olduqları istənilən əlverişli məbləği seçə bilərlər. Məsələn 1,36 manat. Onun sözlərinə görə, bu, konkur kartlarının axtarışı və alınmasına və onların yüklənməsi proseduruna sərf edilən vaxta qənaət etməyə imkan verəcək. Həmçinin balansın doldurulması zamanı abonentlər əvvəllər olduğundan daha çox kontur əldə edəcəklər - 1 manata onlar artıq 450 deyil, 500 kontur qazanacaqlar.

"E-Top-up" sistemi abonentlərin balansını tarif planından asılı olaraq eynilə kontur yaxud pul kartlarının doldurulması zamanı olduğu kimi doldurur. Bu zaman "Bakcell"in hər hansı məhsulunun qiyməti dəyişmir.

Xəbər lenti

Xəbər lenti