...

Nar Mobile paytaxt sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Telekommunikasiya Materials 19 Aprel 2011 11:30 (UTC +04:00)
18 aprel 2011-ci ildə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi, 23/24 ünvanında "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirildi.
Nar Mobile paytaxt sakinləri üçün növbəti "Nar Dünyası" satış və xidmət mərkəzini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 19 aprel /Trend/

18 aprel 2011-ci ildə Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi M.Hadi küçəsi, 23/24 ünvanında "Nar Mobile" tərəfindən yeni konsepsiya ilə hazırlanmış "Nar Dünyası" satış və xidmət mərkəzinin açılış mərasimi keçirildi.

Bakı şəhərində açılan yeni "Nar Dünyası" satış və xidmət mərkəzinin əsas konsepsiyası mobil rabitə istifadəçilərinin ehtiyaclarını ödəmək üçün bir məkanda bütün xidmətləri təqdim etməkdir. Belə ki, mərkəzə gələn abonent eyni zamanda həm telefon danışığına görə ödəmə həyata keçirəcək, müştəri xidmətlərindən istifadə edəcək, yeni nömrələr əldə edəcək, həm də, Nar 3G+ modemlər və mobil telefonlar kimi müxtəlif məhsulları almaq imkanı olacaq. "Nar Dünyası" satış və xidmət mərkəzi abunəçilərin tələbatlarını təmin etmək üçün hər zaman onlara yüksək keyfiyyətli xidmət göstərməyə hazırdır.

Açılış mərasimi zamanı "Nar Dünyası" satış və xidmət mərkəzində olan qonaqlar geniş sahə, hər sahə üzrə tətbiq olunan yüksək xidmət, yeni Nar 3G+ modemlər, müasir mobil telefon avadanlıqları və aksessuarları ilə tanış oldular.

"Nar Mobile" tərəfindən təqdim edilən yeni "Nar Dünyası" satış və xidmət mərkəzləri hal-hazırda Bakı şəhəri, Gəncə, Tovuz və Səlyanda fəaliyyət göstərir, yaxın zamanda isə digər bölgələrdə də açılışları həyata keçiriləcəkdir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində "Nar Mobile" ticarət nişanı ilə başlayıb. "Nar Mobile" ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib.

"Azerfon" şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. Bu günədək şirkət 1,7 milyonadək abunəçiyə xidmət göstərib.

Xəbər lenti

Xəbər lenti