...

Bakcell mobil rabitə operatoru manat tarifinə keçid çərçivəsində tarifləri açıqlayıb

Telekommunikasiya Materials 5 May 2011 12:41 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC abonentlərinin kontur sistemindən manat sisteminə keçdiyini elan edib.
Bakcell mobil rabitə operatoru manat tarifinə keçid çərçivəsində tarifləri açıqlayıb

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru Bakcell MMC abonentlərinin kontur sistemindən manat sisteminə keçdiyini elan edib.

Bakcell şirkətinin baş icraçı direktoru Riçard Şirerin sözlərinə görə, yeni tarif sisteminə keçməkdə məqsəd müştərilərin qiymətləri asanlıqla eyniləşdirməklə seçim etmələri üçün bazarda tarif dərəcələrinin standartlaşdırılmasıdır.

Cin abonentləri bundan əvvəl malik olduqları bütün üstünlüklərdən yenə də istifadə edəcəklər.

Bakcell-in baş kommersiya direktoru Krasimir Genovun sözlərinə görə, şirkət tarif siyasətini dəyişməyib və SevimliCin, SevinCin və QoşaCin kimi istifadəsi asan və cəlbedici məhsulları daha sərfəli qiymətlərlə təklif etməyi davam etdirmək fikrindədir.

SevimliCin traifinin üstünlüyü aşağıdakı kimi olacaq: abonentlər beş istənilən nömrə ilə dəqiqəsi 3 qəpikdən danışa biləcəklər.

Şəbəkədaxili danışıqların bir dəqiqəsinin dəyəri pik saatlarda 6 qəpik və qeyri-pik saatlarda isə 4 qəpik olacaq. 1 SMS-in qiyməti 3 qəpikdir.

QoşaCin tarif planında qoşa nömrələr arasında zənglərin qiyməti dəqiqəsi cəmi 1 qəpik, qoşa nömrələr arasında 1 SMS-in qiyməti isə 1 qəpikdir.

SevinCin tarif planı bütün istiqamətlərdə zənglər üçün bir dəqiqə üçün 8 qəpik nəzərdə tutur. Şəbəkədaxili danışıqların bir dəqiqəsinin dəyəri pik saatlarda 4 qəpik olacaq. 1 SMS-in qiyməti 3 qəpikdir.

Cin tarif planları

SevimliCin

QoşaCin

SevinCin

Şəbəkədaxili zənglər

6 qəpik

8 qəpik

8 qəpik

Şəbəkədənkənar zənglər

12 гяпик

12 гяпик

8 гяпик

Sevimli nömrə

3 qəpik

1 qəpik

8 qəpik

SMS

3 qəpik

1 qəpik

3 qəpik

MMS

8 qəpik

8 qəpik

8 qəpik

İnternet (1 MB)

25 qəpik

25 qəpik

25 qəpik

Meloton (1 aylıq müddətə)

80 qəpik

80 qəpik

80 qəpik

Cin abonentləri balansın doldurulması üçün kartlardan istifadəni davam etdirəcəklər. Bununla yanaşı balansın doldurulması manatla həyata keçiriləcək. Lakin mayın 5-dək kontur yükləmiş abonentlər malik olduqları konturlardan onlar başa çatanadək istifadə edə biləcəklər. Konturlar başa çatdıqdan sonra ödəniş yalnız manat və ya qəpiklə həyata keçiriləcək. Əvvəlki sistemdə olduğu kimi, hər bir zəngdən və SMS-dən sonra Cin abonentləri balansın vəziyyəti barədə məlumat alacaqlar. Balans həm pul, həm də konturla əks olunacaq.

Bütün Cin abonentləri 1 il ərzində hər aya şəbəkədaxili 25 dəqiqə almaqda davam edəcəklər. Yeni Cin abonentləri əlavə olaraq 50 bonus SMS alacaqlar. Konturlarla bonus alan abonentlər bundan sonra onları pul ekvivalentində alacaqlar:

• SevimliCin: 1000 kontur = 2 AZN

• SevinCin: 500 kontur = 1 AZN

• QoşaCin: 120 kontur = 25 qəpik (qoşa nömrələr arsında 25 dəqiqəlik danışığa bərabərdir)

Xəbər lenti

Xəbər lenti