...

Son bir il ərzində Azərbaycanda kompüter istifadəçilərinin sayı 17,2 faiz artıb

Telekommunikasiya Materials 4 İyul 2011 16:50 (UTC +04:00)
2011-ci ilin əvvəlinə olan vəziyyətə görə, ölkə əhalisində kompüterlərin sayı 419,8 min ədəd təşkil edib.
Son bir il ərzində Azərbaycanda kompüter istifadəçilərinin sayı 17,2 faiz artıb

Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir H.Vəliyev/

2011-ci ilin əvvəlinə olan vəziyyətə görə, ölkə əhalisində kompüterlərin sayı 419,8 min ədəd təşkil edib. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Statistik məlumatlara əsasən, 2010-cu il ərzində kompüter parkının artımı 72,5 min ədəd (17,2 faiz) təşkil edib.

Ev istifadəçiləri arasında kompüterlərin xüsusi çəkisi son bir il ərzində 18,2 faizdən 21,7 faizədək, hər 100 nəfərin payına düşən kompüterlərin sayı isə 3,9 ədəddən 4,6 ədədək artıb.

Respublika əhalisinin 38 faizi fərdi kompüter istifadəçisidir. Bunun 39,7 faizi ev istifadəçiləridir, 22,4 faizi kompüterdən işdə, 22,3 faizi isə təhsil müəssisələrində istifadə edir.

Statistika Komitəsi genişzolaqlı istifadəçilərin sayının da artdığını bildirir. Orada artım 32,2 faiz təşkil edib. Komitənin məlumatına əsasən, Azərbaycan əhalisinin 36 faizi internet şəbəkəsindən istifadə edir. Hər beş internet istifadəçisəndən üçü kişidir.

Xəbər lenti

Xəbər lenti