...

"Nar Mobile" abonentləri bir manat start qiyməti ilə internet şəbəkəsinə qoşula biləcəklər

Telekommunikasiya Materials 6 İyul 2011 16:26
"Azerfon" MMC Nar Mobile abonentlərinə 3G standartı üzrə internet şəbəkəsinə qoşulmaq üçün yeni TURBO tarif paketini təqdim edib.
"Nar Mobile" abonentləri bir manat start qiyməti ilə internet şəbəkəsinə qoşula biləcəklər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC Nar Mobile abonentlərinə 3G standartı üzrə internet şəbəkəsinə qoşulmaq üçün yeni TURBO tarif paketini təqdim edib. Bu barədə çərşənbə günü Trend-ə "Azerfon" şirkətinin nümayəndəsi Əziz Axundov məlumat verib.

Onun sözlərinə görə, yeni tarif paketinin fərqi Nar Mobile şəbəkəsinin hər bir abonentinin 1 manat start qiyməti ilə internet şəbəkəsinə qoşulmaq imkanı əldə etməsindən ibarətdir.

Ümumilikdə yeni tarif paketində bir neçə qoşulma variantı nəzərdə tutulub, onların qiyməti bir manatdan 19 manatadəkdir. Alınan trafik bir ay ərzində istifadə olunmalıdır.

Bir manat qiyməti olan və 20 Mb trafik balansı ilə akkauntun qoşulması üçün mətndə 1TURBO göstərməklə 777 nömrəsinə qısa ismarıc göndərmək və ya *777#01#YES kodunu yığmaq lazımdır.

Analoji qaydada 100 Mb (üç manat), 250 Mb (altı manat), 500 Mb (doqquz manat) və 1200 Mb (19 manat) almaq üçün mətndə 3TURBO, 6TURBO, 9TURBO və 19TURBO göstərmək və ya *777#03#YES, *777#06#YES, *777#09#YES və *777#19#YES kodlarınını yığmaq lazımdır.

Balansın yoxlanması üçün *777#77#YES yığmaq lazımdır.
Personal kompüterlərdən istifadə etməklə internet şəbəkəsinə qoşulmaq istəyən abonentlər DATA-kart, qoşulma üçün nömrə və 34 manat dəyərində 1,2 Gb həcmində trafik ala bilərlər.

Xəbər lenti

Xəbər lenti