...

"Azərfon" Azərbaycanın bütün ərazisindəki infrastrukturunu yeniləyir

Telekommunikasiya Materials 20 İyul 2011 13:31 (UTC +04:00)
"Azərfon" MMC-nin Azərbaycanın telekommunikasiya bazarında aktivləşməsi mobil rabitə xidmətlərinin dəyərinin 60-80 faiz azaldılmasına imkan verib.
"Azərfon" Azərbaycanın bütün ərazisindəki infrastrukturunu yeniləyir

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir H.Vəliyev/

"Azərfon" MMC-nin Azərbaycanın telekommunikasiya bazarında aktivləşməsi mobil rabitə xidmətlərinin dəyərinin 60-80 faiz azaldılmasına imkan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü şirkətin direktoru Yurgen Pits bildirib.

Pitsin sözlərinə görə, bu gün şirkət Bakıda və regionlardakı baza stansiyalarının sayının artırılması, habelə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və istifadəçilərin sayının artması üzrə fəal işlər aparır.

"İlin sonunadək bu istiqamətdə ciddi irəliləyişlər olacaq. Biz "Nokia Siemens Networks" şirkəti ilə birgə bütün respublika ərazisində avadanlıqları yeniləyirik", - Pits bildirib.

Pitsin sözlərinə görə, "Azərfon" şirkətinin investisiyalarının ümumi həcmi 80 milyon dollar təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti