...

Azərbaycanın peyk proqramı üzrə kredit sazişinin sentyabrın sonlarında imzalanması gözlənilir

Telekommunikasiya Materials 9 Avqust 2011 12:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace"in orbitə çıxarılması üzrə 80 milyon dollar məbləğində kredit sazişinin sentyabrın sonlarında imzalanacağı gözlənilir. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.

Hazırda müqavilənin hazırlanması üzrə işlər başa çatmaq mərhələsindədir.

Fransanın ixrac-kredit agentliyi COFASE-dən kredit alınması üzrə danışıqlar artıq Fransanın "Sosiete Generale" və SMBC bankları ilə aparılıb.

Orbitə Fransanın "Arianspace" şirkəti tərəfindən çıxarılacaq peykin dəyəri 94 milyon manat təşkil edəcək ki, bunun 85 faizi Azərbaycan tərəfinə kredit kimi, yerdə qalan 15 faizi dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Sövdələşmə vəsaitlərdən ikiillik müddətə istifadə etməklə və onillik ödəmə müddəti ilə maliyyələşdiriləcək. Hazırda kreditin faiz dərəcəsi üzrə danışıqlar aparılır.

"Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti çıxış edir. Peykin yerləşdiriləcəyi orbital mövqe isə Malayziyanın MEASAT peyk operatorundan icarəyə götürülüb.

Xəbər lenti

Xəbər lenti