...

Azərbaycanın poçt operatoru öz prosessinq mərkəzini işə salacaq

Telekommunikasiya Materials 9 Avqust 2011 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir H.Vəliyev/

Yaxın illərdə Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC öz prosessinq mərkəzini işə salmağı planlaşdırır. Bu barədə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, bu istiqamətdə işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiqlənən "2008 - 2015 - ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Fəaliyyət Planı çərçivəsində nəzərdə tutulub.

Poçt operatoru tərəfindən prosessinq mərkəzinin işə salınması 2014-2015-ci illərə planlaşdırılıb.

Bununla əlaqədar Azərbaycanın poçt operatoruna artıq lazımi tapşırıqlar verilib. Bu tapşırıqlar rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun təsdiq etdiyi tədbirlər planında öz əksini tapıb.

Poçt operatoru tərəfindən ilin sonunadək 30 min plastik kartın buraxılması planlaşdırılıb. Onların sayı 2012-ci ildə 70 min ədədək artırılacaq.

Xəbər lenti

Xəbər lenti