...

Ukrayna Azərbaycanın ikinci peykinin yaradılmasında maraqlıdır

Telekommunikasiya Materials 19 Avqust 2011 14:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir H.Vəliyev/

Ukrayna Dövlət Kosmik Agentliyi Azərbaycan üçün ikinci peykin yaradılmasına maraq göstərir. Bu barədə Trend-ə cümə günü layihəyə yaxın mənbə deyib.

Bu məsələ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və "Azərkosmos" ASC-nin nümayəndələrinin Ukraynaya səfəri çərçivəsində müzakirə mövzusu olub.

Ukrayna tərəfi "Siç-2" kosmik sisteminə malikdir, lakin Azərbaycan tərəfinə onun istifadəsinin mümkünlüyü ilə bağlı rəsmi təklif hələ ki daxil olmayıb.

"Siç-2" kosmik aparatı fövqəladə halların, yerin yaşıllıq və torpağının, yerlərin rəqəmsal xəritələrinin yaradılmasının, torpaq resurslarından idarəetmənin, urbanizasiya edilmiş və sahilyanı zonalarda ərazi planlaşdırılmasının monitorinqini təmin edir.

"İkinci peykin yaradılması məsələsi ilə bağlı Azərbaycanın planlarına birinci telekommunikasiya peyki "Azerspace" ilə olduğu kimi, açıq tenderin keçirilməsi daxildir. Tenderdə istər Ukrayna, istər ABŞ, istərsə də İsrail tərəfinin kosmik aparatlar istehsalçıları iştirak edə bilərlər", - mənbə bildirib.

Azərbaycanın ikinci peyki aşağıorbitli olacaq. Onun orbitə 2014-cü ildə çıxarılması planlaşdırılır.

İlk peyk "Azerspace" hazırda tikilir və orbitə "Arianespace" şirkəti tərəfindən 2012-ci ilin sonunda çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti