...

Azərbaycan fləş-yığıcılar istehsal edəcək

Telekommunikasiya Materials 2 Sentyabr 2011 13:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin "Peyk" zavodu fləş-yığıcılar istehsalına başlamağı planlaşdırır. Bu barədə cümə günü Trend-ə zavodun direktoru Siyavuş Əliyev məlumat verib.

Əliyevin sözlərinə görə, bu məsələ ilə bağlı artıq Tayvan şirkətləri ilə ilkin razılıq əldə olunub.

"İstehsal birgə həyata keçiriləcək və bunun üçün birgə müəssisə təsis olunacaq. Zavodumuzun istehsal gücləri və texniki imkanları bizə belə tip məhsulları istehsal etməyə imkan verəcək. Yalnız texnologiyanın mənimsənilməsi zərurəti ilə bağlı məsələ vaxt tələb edir. Məhz buna görə də istehsal prosesinə nə vaxt başlanacağını proqnozlaşdırmaq mümkün deyil", - zavodun direktoru bildirib.

Hazırda sınaq sistemlərinin tədarükü üzrə danışıqlar aparılır və Əliyevin sözlərinə görə, buna da təxminən 3 ay vaxt lazım gələcək.

İstehsala başlanandan sonra fləş-yığıcılar həm daxili bazara tədarük olunacaq, həm də ixrac ediləcək.

Xəbər lenti

Xəbər lenti