...

Dövlət Radiotezliklər İdarəsi 764 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlayıb

Telekommunikasiya Materials 8 Sentyabr 2011 16:05 (UTC +04:00)
Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən cari ilin 8 ayı ərzində 764 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.
Dövlət Radiotezliklər İdarəsi 764 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlayıb

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən cari ilin 8 ayı ərzində 764 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı DRİ-nin məlumatında deyilir.

DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən 480 təşkilat, müəssisə və şirkətlərdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib.

Qeydiyyatdan keçməyən REV-lərdən 274 ədədi qeydiyyata salınıb, 305 ədədi möhürlənib, 27 ədədi silinib, 158 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatdan keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 70 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı rayon məhkəmələrinə müraciətlər edilib.

Xəbər lenti

Xəbər lenti