...

Azərbaycanda elektrik enerjisi üzrə internet-ödəniş sistemi işə salınıb

Telekommunikasiya Materials 22 Sentyabr 2011 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın universal ödəniş sistemi Net Money "Bakıelektrikşəbəkə" ASC-nin istifadə olunmuş elektrik enerjisi üzrə internet-ödəniş xidmətini işə salıb. Bu barədə Trend-ə cümə axşamı Net Money şirkətindən bildirilib.

Yeni xidmət istifadə olunmuş elektrik enerjisinə görə borca dair məlumat əldə etmə imkanı verir. Bunun üçün abonent kodunu daxil etmək lazımdır.

Xidmətin ödənişi (hazırda bir sıra internet-servis-provayderlərin və yoxlanış üzrə xidmətlər) Net Money kartı vasitəsilə həyata keçirilir ki, bununla eyni zamanda digər saytlarda da əməliyyat aparmaq olar.

Net Money internet-ödəniş xidməti pulsuzdur (komissiya alınmır) və Net Money ödəmə kartları vasitəsilə təqdim olunur.

Xəbər lenti

Xəbər lenti