...

Rabitə operatorunun şəbəkəsindəki fasilə Bakıda bankomatların işini dayandırıb

Telekommunikasiya Materials 24 Sentyabr 2011 16:31 (UTC +04:00)
"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin şəbəkəsində baş vermiş texniki nasazlıqlar paytaxdakı əksər bankomatların işini dayandırıb.
Rabitə operatorunun şəbəkəsindəki fasilə Bakıda bankomatların işini dayandırıb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin şəbəkəsində baş vermiş texniki nasazlıqlar paytaxdakı əksər bankomatların işini dayandırıb. Bu barədə Trend-ə şənbə günü "AzeriCard" prosessinq mərkəzindən bildiriblər.

"Operator yaxın vaxtda bu problemi aradan qaldıracağını söz verib", - AzeriCard-dan deyiblər.

Bu məsələni Trend-ə şərh edən İB-nin texniki direktoru Rəsul Qurbanov deyib ki, vəziyyətlə bağlı məlumatsızdır və şəbəkədə heç bir problem yoxdur.

2011-ci il avqustun 1-nə olan məlumata görə, Azərbaycanda 2002 bankomat olub ki, bu da cari ilin iyul ayının 1-nə olan göstəricidən 17 ədəd (1985 bankomat) və ötən il avqustun 1-nə olan göstəricidən isə 193 ədəd çoxdur (1809).

Bankomatların ümumi sayından 1112 ədəd Bakıda, 890 ədədi isə Azərbaycanın regionlarındadır.

Hazırda tamamilə Azərbaycan Mərkəzi Bankının mülkiyyətində olan AzeriCard-da Azərbaycan və xaricdə olan 30 banka xidmət göstərilir ki, onların 28-i beynəlxalq ödəniş sistemlərinin üzvləridir.

Azərbaycanda 44 bank fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti