...

Azərbaycanda 823 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 3 Oktyabr 2011 19:09 (UTC +04:00)
Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi tərəfindən 2011-ci ilin 9 ayı ərzində 823 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.
Azərbaycanda 823 ədəd qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrinin istismarına nəzarət şöbəsi (REVİNŞ) tərəfindən 2011-ci ilin 9 ayı ərzində 823 ədəd qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə bazar etrəsi İdarənin məlumatında deyilir.

Məlumata əsasən, ötən dövr ərzində DRİ-yə daxil olmuş göstəriş və müraciətlərə əsasən, 617 təşkilat, müəssisə və şirkətlərdə istsmar olunan radioelektron vasitələrinə texniki baxış keçirilib və müvafiq qaydada aktlar tərtib edilib. DRİ-də qeydiyyatdan keçməyən REV-lərdən 329 ədədi möhürlənib, 275 ədədi qeydiyyata salınıb, 192 ədədin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür və 27 ədədi silinib.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 88 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Xəbər lenti

Xəbər lenti