...

Azercell-dən “Tələbə 1-liyi” tarifi!

Telekommunikasiya Materials 17 Oktyabr 2011 14:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

İndi tələbələr arasında danışığın 1 dəqiqəsi cəmi 1 qəpikdir!

Azərbaycanın lider mobil operatoru Azercell Telekom MMC tələbələrin mobil rabitə ehtiyaclarını nəzərə alaraq ölkədə ilk dəfə bütün tələbələr üçün "Tələbə 1-liyi" tarifini istifadəyə verdi. Azercell-in bu tarifindən bütün peşə məktəbləri və universitet tələbələri - bakalavr və magistr pilləsində təhsil alan gənclər yararlana bilər.

İndi tələbələr öz aralarında 1 dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı əldə edəcəklər. Ölkədaxili digər istiqamətlərdə isə 1 dəqiqəsi cəmi 5 qəpiyə danışacaqlar. Bundan əlavə, tələbələr arasında ən populyar xidmətlərdən biri olan SMS-dən cəmi 2 qəpiyə, Mobil internet paketlərindən isə 20% endirimlə yararlanacaqlar.

Tarifə qoşulmaq üçün tələbələr Müştəri Xidmətləri və Azercell Ekspres Ofislərinə yaxınlaşıb, sadəcə olaraq, tələbə biletlərini təqdim etməlidirlər.

Yeni "Tələbə 1-liyi" tarifi bütün tələbələrimizə xeyirli olsun!

Xəbər lenti

Xəbər lenti