Azərbaycan, Bakı, 27 dekabr /Trend/
"Azercell Telekom" MMC müştərilərə operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə Azercell Ekspres ofislərinin sayını artırmaqdadır. Şirkət yenicə olaraq Gədəbəydə yeni AzEx ofisini abonentlərin istifadəsinə verib. Bununla da şirkət bölgədəki AzEx ofislərinin sayını 22-yə çatdırıb.
Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Gədəbəydə fəaliyyətə başlayan AzEx ofisindən eyni zamanda Şəmkir və Tovuz rayonunun sakinləri də istifadə edə biləcəklər.
Qeyd edək ki, Gədəbəydə fəaliyyətə başlayan AzEx ofisi də "bir nöqtədə üç xidmət" ("one-stop shopping") konsepsiyası ilə çalışacaq. Bu konsepsiyaya əsasən, abonent Azercell Ekspres ofisinə gələrək eyni anda üç xidmətdən yararlana bilər. Bu ofisdə həm telefon danışığına görə ödəmə həyata keçirmək, həm müştəri xidmətlərindən istifadə etmək, həm də yeni telefon və ya nömrə almaq mümkündür. "Azercell" şirkəti tək Azərbaycanda deyil, bütün regionda "bir nöqtədə üç xidmət" konsepsiyasını təqdim edən ilk şirkətdir. Xatırladaq ki, Azercell-in Bakıda 16, rayonlarda isə 22 Ekspres Ofisi fəaliyyət göstərir.
Şirkət növbəti ildə də Bakıda və regionlarda Azercell Ekspres ofislərinin sayını artırmaq niyyətindədir.