...

Azərbaycanın poçt operatoru vasitəsilə daha bir sığorta şirkətinin xidmətlərindən istifadə mümkün olacaq

Telekommunikasiya Materials 9 Yanvar 2012 16:51 (UTC +04:00)
"Atəşgah" şirkətinin sığorta xidmətlərindən Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin filial şəbəkəsində istifadə etmək mümkün olacaq.
Azərbaycanın poçt operatoru vasitəsilə daha bir sığorta şirkətinin xidmətlərindən istifadə mümkün olacaq

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir H.Vəliyev/

"Atəşgah" şirkətinin sığorta xidmətlərindən Azərbaycanın poçt operatoru "Azərpoçt" MMC-nin filial şəbəkəsində istifadə etmək mümkün olacaq. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Azərpoçt"un məlumatında deyilir.

Müqaviləyə görə, "Atəşgah" "Azərpoçt"un poçt filialları və şöbələri vasitəsilə sığortaçılara icbari və könüllü sığorta üzrə xidmətlər göstərəcək.

"Azərpoçt" şəbəkəsi üzrə polislərin satışı elektron formada həyata keçiriləcək.

"Azərpoçt"un filial şəbəkəsində "Ata Sığorta" şirkətinin sığorta xidmətlərindən istifadə də mümkündür.

"Azərpoçt" sığorta şirkətləri ilə əməkdaşlıq edərək sığortaçıların agenti kimi çıxış edir ki, bu da həm operatora, həm də sığortaçılara xeyirlidir. Poçt operatoru göstərilən xidmətlərin spektrini genişləndirir, sığorta şirkətləri isə "Azərpoçt"un şaxələndirilmiş şəbəkəsi vasitəsilə əhalinin xidmətlərə çıxışını daha əlverişli edir.

"Azərpoçt"un baş direktorunun müavini Sübhan Kazımovun əvvəl dediyinə görə, bu gün poçt operatoru ölkədə ən şaxələndirilmiş filial şəbəkəsinə malikdir.

"Bizim bütün ölkədə 1500-ə yaxın şöbəmiz var ki, onlar avtomatlaşdırılmış korporativ şəbəkəyə birləşdiriliblər. 800-dən artıq poçt şöbəsi tamamilə avtomatlaşdırılıb. "Azərpoçt"da işlərin avtomatlaşdırılması üçün dövlət maliyyələşdirilməsi ayrılarkən əhalinin ən ucqar kəndlərdə bank və maliyyə xidmətlərindən istifadəsinin təmin olunması da nəzərə alınıb", - Kazımov bildirib.

"Biz 100-ə yaxın şirkətlə müqavilə imzalamışıq. İstənilən şirkət, o cümlədən sığorta şirkəti belə əlaqələrin qurulması üçün bizə müraciət edə bilər", - Kazımov deyib.

Xəbər lenti

Xəbər lenti