Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir H.Vəliyev/
Yaxın müddətdə Azərbaycan hökuməti Bakıda internetin idarə edilməsi probleminin müzakirəsi (IGF - Internet Governance Forum) üzrə beynəlxalq forumun keçirilməsi haqqında qərar qəbul edəcək. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat veriblər.
Əvvəllər BMT internetin istifadə edilməsi məsələləri üzrə forumun keçirilməsi təklifi ilə Azərbaycan hökumətinə müraciət etmişdi.
Məlumata əsasən, bu, irimiqyaslı tədbir olacaq. Bununla əlaqədar olaraq, tədbirin keçirilməsi noyabrda təşkil ediləcək "BakuTel 2012" Beynəlxalq telekommunikasiya sərgisinin açılışının vaxtına salınacaq.
Forumun işində müxtəlif ölkələrdən təxminən üç min nümayəndənin iştirakı gözlənilir. Artıq forumun proqramının hazırlığı və onun keçirilməsi ilə bağlı digər məsələlərin həlli üzrə işlər aparılır.