...

Azərbaycan BMT-nin Kosmik məkandan dinc məqsədlər üçün istifadə üzrə komitəsinin daimi üzvü olub

Telekommunikasiya Materials 7 Fevral 2012 12:44 (UTC +04:00)
Azərbaycan BMT-nin Kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə elmi-texniki Alt Komitəsinin (COPUOS - Committee on the Peaceful Uses of Outer Space) daimi üzvü olub.
Azərbaycan BMT-nin Kosmik məkandan dinc məqsədlər üçün istifadə üzrə komitəsinin daimi üzvü olub

Azərbaycan, Bakı, 7 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycan BMT-nin Kosmik məkandan dinc məqsədlərlə istifadə üzrə elmi-texniki Alt Komitəsinin (COPUOS - Committee on the Peaceful Uses of Outer Space) daimi üzvü olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Nazirliyin məlumatına görə, Azərbaycanın COPUOS-a üzvlüyü haqqında 66/71 saylı qətnamə yanvarın 12-də təsdiqlənib.
Bundan əvvəl Azərbaycan COPUOS-da müşahidəçi statusuna malik idi.

Bir müddət öncə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası şöbəsinin müdiri Mirheydər İsmayılovun Trend-ə dediyinə görə, Azərbaycanın bu komitənin daimi üzvü olması onun müxtəlif layihələrin həyata keçirilməsinə cəlb edilməsinin tamamilə mümkün edir. "Azərbaycan kosmik sənayenin tikintisində ilk addımlar atır və ona görə iş aparır ki, ABŞ, Yaponiya, Fransa, Almaniya kimi inkişaf etmiş ölkələrlə eyni səviyyədə çıxış etsin. Bir sıra ölkələrin nümayəndələri artıq peykimizin texniki parametrləri ilə maraqlanıblar və gələcəkdə onun resurslarından istifadəyə maraq göstərirlər", - İsmayılov bildirib.

Azərbaycanın ilk "Azerspace" telekommunikasiya peykinin buraxılması 2012-ci ilin sonuna planlaşdırılıb. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianspace" şirkəti məşğul olacaq. "Azerspace" peykinin istehsalçısı qismində ABŞ-ın "Orbital Science Corporation" şirkəti çıxış edir. Peyk Malayziyanın peyk operatoru "MEASAT" şirkətindən icarəyə götürülən 46 dərəcə şərq uzunluğu dairəsində yerləşəcək.

"Azerspace" telekommunilkasiya peyki rəqəmli teleradio yayımı xidmətlərinin göstərilməsi, internet şəbəkəsinə çıxış, məlumatların ötürülməsi, VSAT multiservis şəbəkəsinin, eləcə də hökumət əlaqələrinin yaradılması üçün nəzərdə tutulub.

"Azerspace" peyki C diapazonlu 24 transponderlə (tezlik zolağı 4-6 ghz) və Ku diapazonlu 12 transponderlə (tezlik zolağı 11-13 ghz) təchiz olunacaq. Peykin orbitdə istismar müddəti 20 ilə qədər təşkil edəcək.

"Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

"Azerspace" milli peykinin buraxılması layihəsinin həyata keçirilməsi telekommunikasiya və rabitə kosmik sistemləri sahəsində yeni texnologiyaları tətbiq etməyə, infromasiya müstəqilliyini təmin etməyə və vahid informasiya məkanını yaratmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti