...

Bakcell "Alıb yoxla! Tapıb topla!" lotoreyasını başa çatdırır

Telekommunikasiya Materials 7 Fevral 2012 15:26 (UTC +04:00)
"Bakcell" şirkəti Yeni il ərəfəsində öz müştərilərini sevindirmək üçün "Alıb yoxla! Tapıb topla!" stimullaşdırıcı lotereyasının keçirilməsinə start vermişdi.
Bakcell "Alıb yoxla! Tapıb topla!" lotoreyasını başa çatdırır

Azərbaycan, Bakı, 7 fevral /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti Yeni il ərəfəsində öz müştərilərini sevindirmək üçün "Alıb yoxla! Tapıb topla!" stimullaşdırıcı lotereyasının keçirilməsinə start vermişdi.

Şirkətdən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, lotereyanın mükafat fondunu 100.000 hədiyyə təşkil edib. Əsas hədiyyə isə Mercedes-Benz C250 AMG idman paketli avtomobil idi.

Lotereyanın 2011-ci il dekabrın 10-dan 2012-ci il yanvarın 10-dək keçirilməsinə baxmayaraq, hədiyyələri qazanmaq üçün toplanılan uduşlu kartların təqdim edilməsi fevralın 11-nə qədərdir.

Xəbər lenti

Xəbər lenti