...

Azərbaycanın İT şirkəti şagirdlərin müvəffəqiyyəti barədə SMS-ismarışlar sistemini hazırlayıb (FOTO)

Telekommunikasiya Materials 8 Fevral 2012 16:22 (UTC +04:00)
Azərbaycanın İT şirkəti "Ultra" "Elektron Gündəlik" layihəsi çərçivəsində SMS-ismarış sistemini hazırlayıb.
Azərbaycanın İT şirkəti şagirdlərin müvəffəqiyyəti barədə SMS-ismarışlar sistemini hazırlayıb (FOTO)

Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın İT şirkəti "Ultra" "Elektron Gündəlik" layihəsi çərçivəsində SMS-ismarış sistemini hazırlayıb. Sistem "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində hazırlanıb.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, valideynlərin SMS-ismarışlar vasitəsilə orta təhsil məktəblərinin şagirdlərinin dərs müvəffəqiyyəti barədə məlumatlandırılması sistemi bütün dünya üzrə geniş vüsət alıb və öz effektivliyini sübüt edib. Buna görə də artıq neçə illərdir ki, hamı tərəfindən qəbul edilmiş bir normadır.

Məlumatlandırma sistemi aşağıdakı kimi çalışır: dərslər zamanı verilmiş qiymətlər, müəllimlərin valideynlər üçün qeyd etdikləri töhmətlər, planlaşdırılmış məktəb iclasları və tədbirlər barədə məlumatlar elektron məktəbin idarə edilməsi proqramına (ASM) daxil edilir. Məlumatlar Təhsil Nazirliyinin Məlumat Mərkəzində saxlanılır. Elektron məktəbin idarə edilməsi proqramının işlənib hazırlanması və texniki dəstək "Ultra" şirkəti tərəfindən həyata keçirilir.

Məlumatlar elektron məktəbin idarə edilməsi proqramına birbaşa pedaqoqlar tərəfindən daxil edilir. Proqramdan istifadə üzrə xüsusilə müəllimələr üçün öyrədici təlimlər keçirildi. Məlumatlar MSM şirkətinin işçi qrupu tərəfindən yazılmış GSM-modul vasitəsilə proqrama yerləşdirildikdən sonra şagirdin müvəffəqiyyəti barədə məlumatlar SMS-ismarışlar vasitəsilə valideynin telefonuna daxil olur. SMS-ismarışlar yalnız bu xidmətə qoşulmuş valideynlərə göndərilir. Məktəbin rəhbərliyinə müraciət edərək, bu xidmətə qoşulmaq olar.

"Ultra" şirkətinin layihələrin idarə edilməsi departamentinin direktor müavini, həmçinin "Elektron məktəb" layihəsinin rəhbəri Sərxan Məmmədovun bildirdiyinə görə, SMS-ismarışlar sistemi bir anda çalışır. Pedaqoq məlumatı sinif jurnalına daxil edən kimi, məlumat dərhal valideynin mobil telefona daxil olur. Valideynlər öz şəxsi işlərindən ayrılmadan daim öz övladının müvəffəqiyyəti barədə xəbərbar olacaq, o cümlədən onun dərsə gəlib-gəlmədiyi barədə biləcək.

"E-Gündəlik" layihəsi sosial yönümlüdür və respublikada təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına yönəlib. Hazırda elektron jurnal sistemindən istifadə edən təxminən 25 məktəb artıq bu layihəyə qoşulub.

Xəbər lenti

Xəbər lenti