...

Azərbaycanda mobil telefon bazarı 33 faiz artıb

Telekommunikasiya Materials 13 Fevral 2012 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir H.Vəliyev/

2011-ci ildə Azərbaycana dəyəri 8630,5 min dollardan çox olan 148,480 min ədəd mobil telefon gətirilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata əsasən, 2010-cu illə müqayisədə idxal olunan mobil telefonların sayı 32,9 faiz, pulla ifadədə isə 16,5 faiz artıb.

Ölkəyə hər ay orta hesabla təxminən 12 min ədəd mobil telefon idxal edilir. Mobil telefon bazarının aylıq həcmi pulla ifadədə 700 min dolları ötür.

Xəbər lenti

Xəbər lenti