...

Cəmi bir SMS-ə Bakcell-dən "Porsche" qazandı

Telekommunikasiya Materials 24 Fevral 2012 16:28 (UTC +04:00)
"Bakcell" şirkəti fevralın 24-də "Öz Porsche-ni seç!" kampaniyasının qalibinə "Porsche" avtomobilini təqdim edib.
Cəmi bir SMS-ə Bakcell-dən "Porsche" qazandı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Azərbaycanın ilk mobil operatoru "Bakcell" şirkəti fevralın 24-də "Öz Porsche-ni seç!" kampaniyasının qalibinə "Porsche" avtomobilini təqdim edib.

Şirkətdən cümə günü Trend-ə verilən məlumata görə, budəfəki qalib kampaniya müddətində cəmi bir SMS göndərib və indiyə qədər keçirilən elekton püşkatmaların tarixində ən şanslı qalib olub.

"Porsche" Bakı Mərkəzində keçirilən mərasim zamanı "Bakcell" şirkətinin baş kommersiya direktoru Krasimir Genov Porsche-nin sahibi Emil Məmmədova avtomobilin açarlarını təqdim edib. "Abunəçilərimiz üçün bu cür kampaniyalar təşkil etmək Bakcell üçün artıq bir ənənəyə çevrilib. Cəmi bir neçə gün əvvəl başqa bir abunəçimiz Bakcell-dən "Mercedes-Benz" avtomobili qazandı. Bu cür kampaniyalar gələcəkdə də davam etdiriləcək. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür", - o deyib.

Emil Məmmədov ona belə bir fürsət qazandırdığı üçün Bakcell şirkətinə təşəkkür edib: "Dekabrın 31-də cəmi bir SMS göndərmişdim və bu SMS mənə Porsche qazandırdı. Heç ağlıma da gətirməzdim. Görünür, çox şanslıyam".

"Öz Porsche-ni seç!" kampaniyası 10 noyabr 2011-ci il tarixindən 25 yanvar 2012-ci il tarixinə qədər keçirilib. Kampaniyada iştirak etmək üçün abunəçilər 333 qısa nömrəsindən göndərilən qısa SMS-suala cavab verməklə gündəlik və həftəlik hədiyyələri qazanmaq imkanı əldə edirdilər. 66 iştirakçı gündəlik və 10 iştirakçı həftəlik hədiyyələr qazanıb. Xoşbəxt qaliblər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Tiraj Komissiyasının iştirakı ilə elektron püşkatma vasitəsilə seçilib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti