Azərbaycan, Bakı, 2 mart /Trend/
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Bakcell şirkəti" CİNeration abunəçiləri üçün nəzərdə tutulmuş yeni kampaniyasını elan edir.
Şirkətdən cümü günü Trend-ə verilən məlumata görə, "Hər ikinci dəqiqə pulsuz" kampaniyası sayəsində CİNeration abunəçiləri ölkədaxili zənglərin hər ikinci dəqiqəsini pulsuz danışacaqlar. Bununla da 2 dəqiqə danışan abunəçi digər CİNeration nömrəsinə zəng edərkən sadəcə 1 qəpik, digər Bakcell nömrəsinə zəng edərkən 4 qəpik və istənilən operator və ya şəhər nömrəsinə zəng edərkən 6 qəpik ödəyəcək.
"Bakcell" şirkəti Azərbaycanın yeganə mobil operatorudur ki, öz CİNeration tarifi çərçivəsində abunəçilərə pulsuz zero.facebook xidmətini təklif edir. Bundan əlavə, CİNeration abunəçilərinə 50% güzəştlə qiyməti 1 MB üçün 12.5 qəpik olan internet xidməti təklif edilir. SMS və MMS-lərin qiyməti isə sadəcə 2 qəpikdir.
CİNeration daim fəal ünsiyyətdə olmaq və sosiallaşmaq istəyən gənc müştərilər üçün unikal tarif planıdır. Bu tarif xüsusi olaraq yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulub. Bu tarif gəncləri CİNeration şüarı altında bir yerə toplayıb bütün CİNeration abunəçiləri ilə xüsusi qiymətə danışmaq imkanı verir.
Hər ikinci dəqiqəni pulsuz danışmaq üçün sadəcə minimal dəyəri 2 manat olan danışıq kartını yükləyin və təqvim ayının sonuna qədər bu fürsətdən yararlanın.