...

Dövlət Əmlak Məsələləri Komitəsinin xidmətləri "e-hökumət" portalına inteqrasiya ediləcək

Telekommunikasiya Materials 15 Mart 2012 13:44 (UTC +04:00)
Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsinin elektron xidmətləri "Elektron hökumət" portalına inteqrasiya ediləcək. Bu barədə cümə axşamı Trend-ə "Saybernet" şirkətinin rəhbəri İlham Namazov bildirib.
Dövlət Əmlak Məsələləri Komitəsinin xidmətləri "e-hökumət" portalına inteqrasiya ediləcək

Azərbaycan, Bakı, 15 mart /Trend müxbir H. Vəliyev/

Azərbaycanın Dövlət Əmlak Məsələləri Komitəsinin elektron xidmətləri "Elektron hökumət" portalına inteqrasiya ediləcək. Bu barədə cümə axşamı Trend-ə "Saybernet" şirkətinin rəhbəri İlham Namazov bildirib.

Namazovun sözlərinə görə, bu, daşınmaz əmlakın qeydiyyata alınması prosesinə birbaşa əlaqəsi olan dövlət qurumlarında sənədlərin keçmə prosesini koordinasiya etməyə imkan verəcək. Xüsusilə bu, notarius strukturları ilə işin koordinasiyasına aiddir.

Xidmətdən istifadə etmək üçün elektron rəqəmsal imzanın mövcudluğu zəruridir.

Bu gün Dövlət Komitəsi öz internet resursunda elektron xidmətlərin işə salındığını elan edib. Layihə "Saybernet" və "Netcad" şirkətləri ilə konsorsium çərçivəsində həyata keçirilib.

Bu şirkətlər gələcəkdə də elektron qeydiyyatın informasiya sisteminin formalaşdırılması ilə məşğul olacaq.
Hazırda elektron xidmətlərin təşkili üçün proqram tərkibinin yaradılması üzərində iş başa çatdırılır.

Daşınmaz əmlakın qeydiyyata alınması üzrə elektron xidmətlər iki mərhələdə tətbiq ediləcək.

Martın 1-də başlayan ilk mərhələ vətəndaşların müraciətlərinin elektron formada təqdim edilməsini nəzərdə tutur. Xidmətdən emdkdedrx.gov.az saytının "elektron xidmətlər" bölməsində istifadə etmək mümkündür.

Mayın 1-dən ikinci mərhələ başlayacaq. İkinci mərhələ çərçivəsində daşınmaz əmlak haqqında çıxarış və arayışın təqdim edilməsi ilə yanaşı, sənədlərin skanerdən keçirilmiş formada qəbulu imkanı təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti