Azərbaycan, Bakı, 28 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın CATEL rabitə operatoru şəbəkəsinin işinin bərpası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin qərarından asılıdır. Bu barədə çərşənbə günü Trend-ə şirkətdən bildiriblər.
CATEL-dən bildiriblər ki, hazırda şəbəkənin işinin bərpası ilə əlaqədar bütün texniki məsələlər başa çatdırılıb və operator şəbəkənin işinin bərpa edilməsi üçün nazirlikdən müsbət cavab gözləyir.
Şirkətdən CATEL şəbəkəsinin işinin bərpasının dəqiq tarixini söyləməkdə çətinlik çəkiblər, lakin gözlənilir ki, şirkətin şəbəkəsi qarşıdakı ayda işə düşəcək.
Xatırladaq ki, aprelin 14-də şirkətin şəbəkəsinin işinin dayanmasının bir ili tamam olur. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin ("417", "418" və "415" indeksli telefon nömrələri, eləcə də "040" zona kodu ilə başlayan "Fonex" mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb.