...

Azərbaycanın ali məktəblərində simsiz Wi-Fi-ya çıxış genişləndirilir

Telekommunikasiya Materials 18 Aprel 2012 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Texniki Universitetində pulsuz Wi-Fi nöqtəsi işə salınacaq. Bu barədə çərşənbə günü Trend-ə IREX təşkilatının hüquqşünası Ələsgər Məmmədli deyib.

"Bu istiqamətdə işlər bu həftə başa çatacaq. Bu, Sumqayıt Dövlət Universitetində işə salınan layihədən sonra IREX-in ilin əvvəlindən reallaşdırdığı sayca ikinci layihədir.

Qeyd edək ki, Azərbaycanın ali məktəblərində pulsuz Wi-Fi nöqtələrinin işə salınması üzrə layihə ötən il start götürüb. Hazırda pulsuz simsiz zonaya çıxış imkanı Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında işə salınıb.

Wi-Fi zonaları daha geniş istifadəçi auditoriyası olan ali məktəblərdə işə salınır. Bu, əsasən universitet kampusları, kitabxanaları, kafeləri və digərləridir.

Xəbər lenti

Xəbər lenti