...

Azərbaycanda "Elektron hökumət" portalının ilkin variantı işə salınıb

Telekommunikasiya Materials 25 Aprel 2012 16:09 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiyaları Nazirliyi "Elektron hökumət" portalının ilkin variantını istismara verib.
Azərbaycanda "Elektron hökumət" portalının ilkin variantı işə salınıb

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiyaları Nazirliyi "Elektron hökumət" portalının (ehdis.az) ilkin variantını istismara verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda elektron xidmətlərin siyahısı hazırlanıb və ölkənin Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

"Biz mövcud portalda əhaliyə təqribən 60 elektron xidmət təqdim etməyə hazırıq. Bu xidmətlərin müəyyən hissəsi "bir pəncərə" prinsipi üzrə təqdim edilir. Əhaliyə elektron xidmətləri təqdim etməkdən başqa, əsas məqsədimiz vətəndaşların elektron xidmətlərlə bağlı təklif və tələblərini təqdim etməsinə şərait yaratmaqdır ki, bu da əhalinin tələblərinə uyğun yeni xidmətləri yaratmağa imkan verəcək", - Abbasov deyib.

Xəbər lenti

Xəbər lenti