...

Azərbaycan və Bolqarıstan İKT üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş hazırlayırlar

Telekommunikasiya Materials 27 Aprel 2012 11:09 (UTC +04:00)
Sentyabrda Azərbaycan və Bolqarıstan arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin müzakirəsi gözlənilir.
Azərbaycan və Bolqarıstan İKT üzrə əməkdaşlıq haqqında hökumətlərarası saziş hazırlayırlar

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Vəliyev /

Sentyabrda Azərbaycan və Bolqarıstan arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişin müzakirəsi gözlənilir. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Məsələ hökumətlərarası komissiyanın növbəti iclasında müzakirəyə çıxarılacaq.

Əməkdaşlığın perspektivləri Bakıda Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla Bolqarıstanın nəqliyyat, informasiya texnologiyaları və məlumat naziri İvaylo Moskovski tərəfindən müzakirə edilib.

Abbasov Azərbaycanda İKT sahəsində reallaşdırılan layihələr, eləcə də transmilli superinformasiya magistralı (TASIM), "Azərspace" telekommunikasiya peykinin buraxılışı layihəsi, "elektron hökumət"in qurulması, genişzolaqlı internet xidmətlərinin inkişafı, mobil rabitə sektoru və başqa layihələr barədə məlumatları həmkarının diqqətinə çatdırıb.

Bolqarıstanlı nazir öz ölkəsində həyata keçirilən layihələr haqqında danışaraq noyabrda keçiriləcək "BakuTel 2012" telekommunikasiya sərgisində milli pavilyonda iştiraka hazır olduqlarının ifadə edib.

Xəbər lenti

Xəbər lenti