...

Azərbaycanda elektron xidmətlərin göstərilməsi aktiv mərhələyə daxil olub – nazir müavini

Telekommunikasiya Materials 3 May 2012 13:10 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətləri "Elektron hökumət" portalına birləşdirilib.
Azərbaycanda elektron xidmətlərin göstərilməsi aktiv mərhələyə daxil olub – nazir müavini

Azərbaycan, Bakı, 3 may / Trend, müxbir H.Vəliyev/

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətləri "Elektron hökumət" portalına birləşdirilib. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə "Əmlakın idarə olunması və qeydiyyatında elektron xidmətlər: şəffaflığın və səmərəliliyin təmin olunması" mövzusunda ictimai təqdimat zamanı bildirib.

Vəlizadənin sözlərinə görə, Komitənin göstərdiyi elektron xidmətlərin hazırda portalda istifadəsi mümkündür.

"Güman edirik ki, gələcəkdə portalda təqdim olunan elektron xidmətlərin sayı artırılacaq, onun reallaşdırılması mexanizmi isə daha da təkmilləşdiriləcək", - nazir müavini deyib.

Onun sözlərinə görə, Azərbaycanda elektron xidmətlərin formalaşdırılması bu gün öz inkişafının fəal mərhələsinə daxil olur.
Vəlizadə deyib ki, dövlət məmurları ilə vətəndaşlar arasında keyfiyyətcə yeni münasibətlər formalaşır. Hər bir dövlət idarəsində məlumat reyestrinin mövcudluğu vətəndaşlardan bu və ya digər dövlət müəssisəsinə müraciət zamanı tələb olunan sənədlərin sayını xeyli azaldır.

"Bununla əlaqədar reyestrin olması çox vacibdir, çünki məhz o elektron xidmətlərin göstərilməsi üçün əsasdır", - Vəlizadə deyib.

Elektron xidmətlərdən istifadə üçün elektron rəqəmsal imzanın mövcudluğu vacib olacaq.

Nazir müavininin sözlərinə görə, bu gün elektron rəqəmsal imzaların verilməsi mərkəzlərinin yardılması üçün zəruri olan bütün işlər görülüb. Üç mərkəz fəaliyyət göstərir. Onlardan biri əsas, ikincisi dövlət sektoruna imzaların verilməsi üçün nəzərdə tutulub. Üçüncüsü isə əhaliyə və biznes strukturlarına rəqəmsal imzaların verilməsi üçündür.

Xəbər lenti

Xəbər lenti