...

Mobil telefonların IMEI-kodlarının qeydiyyatı Azərbaycanın poçt şəbəkəsində mümkün olacaq

Telekommunikasiya Materials 15 May 2012 20:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir H.Vəliyev/

Mobil telefonların IMEI-kodlarının (istehsalçı zavodun mobil telefona verdiyi unikal kod) qeydiyyata alınması Azərbaycanın poçt operatorunun filial və şöbələrində mümkün olacaq. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt rabitəsi şöbəsinin müdiri, Regional Rabitə Birliyinin poçt rabitəsi komissiyasının rəhbəri Novruz Məmmədov bildirib.

"IMEI-kodlarla bağlı məlumatın daxil edilməsi haqqında ərizələr poçt rabitəsi şöbələrində qəbul ediləcək, sonra isə onların vahid məlumat bazasına daxil edilməsi üçün son instansiyaya çatdırılacaq", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti