...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi elektron xidmətlərin göstərilməsinə başlayıb

Telekommunikasiya Materials 31 May 2012 16:56 (UTC +04:00)
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) elektron xidmətlərin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Komitənin yaydığı məlumatda deyilir.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi elektron xidmətlərin göstərilməsinə başlayıb

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) elektron xidmətlərin göstərilməsinə başlayıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Komitənin yaydığı məlumatda deyilir.

QKDK 2012-2013-cü illər üzrə elektron xidmətlərin göstərilməsinə dair Tədbirlər Planını təsdiq edib. İşlər Prezident İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı əsasında aparılır.

Komitə tərəfindən göstərilən hər elektron xidmət üzrə reqlament Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində təsdiq edilib və qeydiyyata alınıb.

Hazırda QKDK-nin göstərdiyi elektron xidmətlərin ümumi sayı 50 ədədi ötür. Xidmətlərdən Komitənin rəsmi saytında istifadə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti