...

Azərbaycan statistik məlumatların əldə edilməsinin interaktiv sistemini tətbiq edir

Telekommunikasiya Materials 8 İyun 2012 11:28 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi geoinformasiya sistemindən istifadə olunmaqla statistik məlumatların əldə edilməsinin interaktiv sistemini (TAIEX) tətbiq edir.
Azərbaycan statistik məlumatların əldə edilməsinin interaktiv sistemini tətbiq edir

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir H.Vəliyev /

Azərbaycan Dövlət Statistika Komitəsi geoinformasiya sistemindən istifadə olunmaqla statistik məlumatların əldə edilməsinin interaktiv sistemini (TAIEX) tətbiq edir. Trend-in məlumatına gröə, bu barədə DSK-nın Məlumatların yayılması şöbəsinin rəisi Meri Əmirova cümə günü sistemin təqdimatı zamanı bildirib.

TAIEX Avropa Komissiyasının texniki yardım və informasiya mübadiləsi alətidir. Bu alət Aİ-yə üzv olan ölkələrə olduğu kimi, Aİ-yə daxil olmağa yeni namizəd ölkələrə də texniki yardım göstərir. Bu yaxınlarda TAIEX-in fəaliyyət zonası Azərbaycanın da iştirak etdiyi Avropa Mehriban Qonşuluq Siyasəti proqramında tərəfdaş ölkələrədək genişlənib.

Sistemin bu il Azərbaycan Dövlət Statistika Komitəsində tətbiqi gözlənilir.

TAIEX-in eksperti Aleksandr Kotsevin sözlərinə görə, DSK-nın reallaşdırmağı planlaşdırdığı layihə respublikanın rayonları üzrə statistik məlumatların interaktiv əldə olunması imkan verən proqram təminatının tətbiqini nəzərdə tutur.

Hazırda regionlar üzrə lazımi statistik məlumatlar artıq toplanıb və sistemdə əks olunub. Məlumat bazasına giriş statistik məlumatın müntəzəm olaraq yeniləndiyi brauzer vasitəsilə əldə edilməsi mümkündür.

Brauzer elektron xəritə prinsipi üzrə fəaliyyət göstərir. Burada xəritədə göstərilən rayonu işarələməklə lazımi statistik məlumatı əldə etmək mümkündür.

Xəbər lenti

Xəbər lenti