...

"Nar Mobile" beynəlxalq sərgiyə dəstək göstərib

Telekommunikasiya Materials 13 İyun 2012 12:33 (UTC +04:00)
"Nar Mobile" mobil operatoru iyunun 13-də Bakıda start verilən növbəti beynəlxalq sərgiyə öz telekommunikasiya dəstəyini göstərib.
"Nar Mobile" beynəlxalq sərgiyə dəstək göstərib

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Nar Mobile" mobil operatoru iyunun 13-də Bakıda start verilən növbəti beynəlxalq sərgiyə öz telekommunikasiya dəstəyini göstərib.

Şirkətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, "Bakı Ekspo" mərkəzində regionun bütün yol infrastrukturunun mənzərəsini geniş şəkildə nümayiş etdirən 2-ci Azərbaycan Beynəlxalq "Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgisi keçirilib. Sərgi çərçivəsində yol tikintisi sahəsində ən son nailiyyətlər, yol hərəkətinin idarə edilməsində informasiya texnologiyalarının (İTS) tətbiqi və yeni ictimai nəqliyyat növləri təqdim olunub. Sərgidə "Azərkörpü", "Azəryolservis", "Borusan Makina", "Improtex Trucks And Buses" və digər şirkətlər daxil olmaqla bir çox yerli və xarici şirkətlər iştirak edib.

"Nar Mobile" öz ənənəsinə sadiq qalaraq davamlı şəkildə ölkədə keçirilən bir çox sərgi və konfranslarda kommunikasiya dəstəyini göstərir. Şirkət öz tərəfdaşlıq siyasətinə sadiq qalaraq növbəti beynəlxalq "Yol İnfrastrukturu və İctimai Nəqliyyat" sərgisinə dəstək olub. "Nar Mobile" tək bir sahədə deyil, bir çox sahələrdə keçirilən tədbirlərə dəstək olmaqda öz səylərini əsirgərmir. Daha əvvəl neft, qida və digər sahələrdə sərgilərə dəstək olub. Bu ənənə "Nar Mobile" yarandığı gündən mövcuddur və şirkət bu ənənəni bundan sonra da davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti